Üstü kiflənən pendir və kolbasalar istifadə etməzdən əvvəl yuyulmamalıdır, çünki bu, məhsulun keyfiyyətini aşağı salır. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri doktoru Mariyat Muxina deyib.

Onun sözlərinə görə, artıq fermentasiyanın bəzi mərhələlərindən keçmiş məhsulları yumaq lazım deyil. Məsələn, bir çoxları pendirin üzərindəki kişi yumağa çalışırlar, bu isə onun keyfiyyətini aşağı salır. Kolbasaların da üstü qəsdən kiflə örtülür. Onu da yumaq olmaz. 

Mütəxəssis, həmçinin, duzlu kələmi də yeməkdən əvvəl yumamağı tövsiyə edib. Əks halda, tərkibində xorasağaldıcı vitamin U olan şirəsi məhsuldan yuyulacaq.

Fərid