Avokado yemək 2-ci tip diabet riskini 20 faiz azaldır.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baylor Tibb Kollecinin alimləri müəyyən edib.
Nəticələr “Journal of Diabetes Mellitus” jurnalında dərc olunub. Belə ki, alimlər 6159 nəfərin məlumatlarını nəzərdən keçirdiblər.
Onlardan 983-ü qidalanmasına avokado daxil edib. İştirakçılardan iki gün ərzində yedikləri və içdikləri, eləcə də onların necə hazırlandıqları soruşulub.
Tədqiqatçılar daha sonra altı illik təqib dövründə avokado istehlakı ilə 2-ci tip diabetin inkişafı arasındakı əlaqəni qiymətləndiriblər. Məlum olub ki, qida rasionuna avokadonun daxil edilməsi bu xəstəliyə tutulma ehtimalını 20 faiz azaldır.