İnsan orqanizminin əsas proseslərini dəstəkləyən yeddi mineraldan biri Kaliumdur. Təzyiqi tarazlaşdırır, ürəyi qoruyur, sümük və əzələləri gücləndirir, böyrəklərin işləməsinə kömək edir.
 
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, yetişkinlər gündə orta hesabla 2500 mq Kalium almalıdırlar. Kalium sümük və əzələ əriməsinin qarşısını alır. Əsas qaynağı quru meyvələr və paxlalılardır. Quru qayısı, quru ərik, mərci, kartof, portağal suyu, banan və süd başda olmaqla özəlliklə quru meyvə və paxlalıların yeyilməsi məsləhət edilir. Qan təzyiqi, infarkt, böyrək daşı kimi risklərin qarşısını almaq, sümük sağlamlığını artırmaq və qan şəkəri səviyyəsini normaya salmaq üçün yüksək kalium tərkibli pəhrizlərlə qidalanın.