Çörək hər evdə tapıla bilən əvəzolunmaz qidadır. Çörəkdən həm də tez hazırlanan qəlyanaltı kimi istifadə etmək olar. Lakin arıqlamaq istəyənlər ilk növbədə məhz çörəkdən imtina etməli olduqlarını bilirlər. Bəs müəyyən çörək növünün çəki atmağa kömək etdiyindən xəbəriniz var?

Foodinfo.az-ın məlumatına görə, "Plant Foods for Human Nutrition" jurnalında dərc edilən araşdırmada qeyd olunur ki, tam taxıllı buğda çörəyi qarın yağını əhəmiyyətli dərəcədə azalda bilər.

Bu təcrübə Yaponiyadan olan 50 nəfəri əhatə edib. Onların hamısı 12 həftə ərzində rafinə olunmuş (ağ) və ya tam taxıl çörəyi daxil olunan pəhrizə riayət ediblər.

Tədqiqatın sonunda məlum olub ki, tam taxıllı buğda çörəyi yeyənlərdə visseral yağ (qarın piyi) azalıb. Bundan əlavə, onların qarın hissəsinin ölçüsü 4 sm azalıb.

Leyla