Bir neçə həftə ərzində yüksək təzyiqi azaltmaq üçün rasiona kaliumla zəngin qidaları daxil etmək tövsiyə olunur.

Bu barədə "Foodhak" sağlam qida çatdırılması xidmətinin əsas diyetoloqu Mişel Porter deyib.

Onun sözlərinə görə, məsələn, gündə cəmi 30 qram kətan toxumundan istifadə 12 həftə ərzində qan təzyiqinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

Yüksək qan təzyiqi damarların elastikliyini azaldır, qan və oksigenin ürəyə axınını çətinləşdirərək ürək sağlamlığına neqativ təsir göstərərir və ürək xəstəliyi riskini artırır. Kətan toxumu zülal, lif, omeqa-3 yağ turşuları və kaliumla zəngindir ki, bu da qidalardakı natriumunun mənfi təsirlərinə qarşı kömək edir.

Kətan toxumlarının tərkibindəki lif də qan damarlarını sağlam saxlamağa kömək edir. Gündəlik rasionunuza yalnız bir xörək qaşığı kətan toxumu əlavə etməklə bədəni əsas qida maddələri ilə təmin edə və potensial olaraq qan təzyiqi səviyyəsini aşağı sala bilərsiniz.

Fərid