Bir çoxları hesab edir ki, kartof, popkorn və paxlalı bitkilər artıq çəkiyə səbəb olur, lakin əslində kökəldən onlar deyil, əlavə olunan qatqılardır.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Aleksey Kabanov danışıb.
Onun sözlərinə görə, çəkiyə, həmçinin, vərdişlər və yemək mədəniyyətinin olmaması təsir göstərir.
Kartofun özü yüksək kalorili məhsuldur, lakin qədərində istifadə olunduqda yalnız fayda verir. Bitki mənşəli məhsul kaliumla zəngindir. Həmçinin, kartof mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdıran və mədə yanmasını aradan qaldıran qələvi məhsuldur.
Kabanov vurğulayır ki, təzə kartofda sinir sistemini qoruyan çoxlu B vitaminləri və immunitet sistemini gücləndirən askorbin turşusu var.
Lakin doymuş yağlar və trans yağları yüksək, heyvani məhsul olan kərə yağının əlavə edilməsi kartofun kalorisini artırır.
Popkornu şəkərsiz və duzsuz şəkildə yesəniz, onun kaloriliyi ikiqat azalar. Şirin popkorna orqanizmə zərərli olan şəkər çoxdur.
Paxlalı bitkilərin piylənməyə səbəb olması barədə mif də reallığa uyğun gəlmir. Həkimin sözlərinə görə, noxud, lobya, mərcimək bitki mənşəli zülalla zəngin olduğu üçün doyumludur.
Zülalın bədən üçün əhəmiyyətli faydaları var. Lakin əsasən heyvan mənşəli məhsullardan - ət, yumurta, balıq, süd məhsullarından zülal qəbul etdikdə insan təbii olaraq yaranan doymuş və trans yağları həddindən artıq çox qəbul etmiş ola bilər.
Diyetoloq rasiona daha çox bitki mənşəli zülallar əlavə etməyi məsləhət görüb. Bura tam taxıllar, bitki mənşəli süd və ət, eləcə də vegan desertlər daxildir.
Leyla