Gavalı qurusu bağırsaqları təmizləməyə və arıqlamağa kömək edir. Bu, sübut olunub və artıq çoxuna məlumdur.

 Foodinfo.az xəbər verir ki, diyetoloq Vera Denejka daha çox effekt əldə etmək üçün onu necə istifadə etmək lazım olduğu barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, cavanlıq mənbəyi olan bu meyvə qurusu bütün məlum vitaminləri, həmçinin mineral birləşmələri və amin turşularını ehtiva etdiyi üçün çox faydalı məhsul hesab olunur.

Onun müntəzəm istifadəsi şiş proseslərinin inkişaf riskini azaldır, sümükləri gücləndirir, görmə qabiliyyətini yaxşılaşdırır, qan damarlarının vəziyyətinə müsbət təsir göstərir, immun sistemini gücləndirir və qocalma prosesini ləngidir.

Lakin gavalı qurusu qarın işlətmə təsiri sayəsində daha çox həzmi yaxşılaşdırmaq və bədəni təmizləmək üçün geniş istifadə olunur. Onu rasiona əlavə etmək çox faydalıdır, hətta gavalı qurusu ilə xüsusi detoks günləri etmək olar. Həmçinin, gavalı qurusundan çox effektiv və dadlı ev içkiləri hazırlaya bilərsiniz.

Vera Denejka pasiyentlərinə də məsləhət gördüyü iki resepti paylaşıb.

Kişmiş ilə həlim

150 qram gavalı qurusu və 150 qram kişmiş götürün, yaxşıca yuyun, qarışdırın. Qarışığa yarım litr qaynar su tökün, 10 dəqiqə bişirin. Soyudun. Quru meyvələri sıxıb suyunu çıxarın (özlərini yeyə də bilərsiniz).

Yaranan həlimi səhər yeməkdən əvvəl içmək tövsiyə olunur. Bir qaşıq kifayətdir. Nəticədə, çəki bir həftəyə 2-3 kq azalacaq. Bonus olaraq, qan, böyrək və mədə-bağırsaq traktı təmizlənəcək.

Qatıq ilə kokteyl

Yeddi-səkkiz ədəd gavalı qurusu götürün, yaxşıca yuyun. Hər birini iki və ya dörd hissəyə bölün. Üzərinə 250 ml bir faizlik qatıq əlavə edib blenderdə qarışdırın.

Belə kokteyl güclü işlədici və təmizləyici təsirə malikdir. Bunu planlarınızda nəzərə alın.