Əriklər mədə-bağırsaq traktının işini və qan təzyiqini normallaşdırmaq üçün son dərəcə faydalıdır, lakin bu meyvədən çox yeməməli olan bir sıra xəstələr var.
Foodinfo.az xəbər verir ki, diyetoloq Natalya Qridina Life.ru-ya əriklərin fayda və zərərləri haqqında danışıb.
Onun sözlərinə görə, ərik tez-tez qəbizliyi olan insanlar üçün son dərəcə faydalıdır. Ümumiyyətlə, ərik həzm sisteminin fəaliyyətinin yaxşılaşdırılmasında və bağırsaqların normal işləməsində mühüm rol oynayan liflə zəngindir.
Ərikdə (kalium daxil olmaqla) kifayət qədər elektrolit və vitaminlər də var. Kalium sinir sisteminin fəaliyyətinə, qan təzyiqinin normallaşmasına faydalı təsir göstərir. Həmçinin, aşağı kalorili olduğu üçün arıqlamaq istəyənlər də bu meyvədən yeyə bilərlər.
Bəs kimlərə ərik yemək məsləhət deyil?
- Bağırsaq obstruksiyası, güclü peristaltika, köp kimi problemlərə meylli xəstələrə ərik mənfi təsir göstərə bilər.
- Şəkərli diabet xəstələri, çünki ərikdə çox miqdarda fruktoza var.
- Artıq çəkisi olanlar gündəlik kalori miqdarına diqqət etməli və normanı keçməməlidirlər.
Nurlan