Yayın istisində sərinləmək üçün əla seçim olan dondurma həm böyüklərin, həm də uşaqların sevimli desertidir. Lakin bu qidaya nutrisiologiya cəhətindən baxılsa, heç bir faydalı xüsusiyyəti yoxdur. Üstəlik, bəzi xəstəliklərin kəskinləşməsi zamanı dondurma yemək olmaz.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Tatyana Yakuşova xəbərdarlıq edib.

Onun sözlərinə görə, şəkərli diabet xəstələri, öd kisəsində narahatlıq yaşayan və ya piylənmədən əziyyət çəkənlərə dondurma yemək məsləhət deyil. Bu soyuq şirniyyat öd yollarında spazm yaradır, bu isə həzmi pozur.

Həmçinin, tərkibində heyvani yağlar çox olduğu üçün laktoza dözümsüzlüyü və hipertoniyası olan insanlar dondurmadan imtina etməlidirlər. Mədə-bağırsaq xəstəliklərindən də əziyyət çəkənlər tez-tez dondurma yeməməlidir. 

Mütəxəssis əlavə edib ki, dondurmanın soyuqdəymə və yoluxucu xəstəliklər zamanı müalicəvi təsiri ilə bağlı yayılan məşhur fikrin heç bir elmi əsası yoxdur.

Natəvan