Bəzi insanlara isti havada qəhvə içmək məsləhət deyil.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mixail Ginzburq danışıb.
O, ürək-damar sistemində problemi olan insanlara istidə qəhvə içməməyi tövsiyə edib.
Həkimin sözlərinə görə, əgər insanda arterial hipertoniya, ürək fəaliyyətində problemlər aşkarlanıbsa, istidə bu içki zərər verə bilər, çünki qəhvə təzyiqin nəzarətə alınmayacaq dərəcədə artmasına, ürək fəaliyyətinin zəifləməsinə səbəb olur.
Problem, həmçinin, bəzi insanlarda müşahidə olunan termorequlyasiya pozulmasındadır. Bu səbəbdən bədən həddindən artıq qızışacaq. Daha çox içildiyi üçün çay qəhvədən də təhlükəli ola bilər.
Nərmin