Məlum olub ki, yaşıl və yarpaqlı tərəvəzlər astmanın qarşısını ala bilir.
Foodinfo.az bildirir ki, Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, tərəvəzlər insanın ağciyərlərinin sağlamlığına müsbət təsir göstərir. Bəzi bitki qidalarını pəhrizinizə daxil etməklə, astmanın inkişafının qarşısını ala bilərsiniz.
Amerikalı tədqiqatçılar yaşıl və yarpaqlı tərəvəzlərin insan ağciyərləri üçün faydalarını müəyyən ediblər. Bunun üçün onlar 4000-ə yaxın insanın iştirak etdiyi eksperiment keçiriblər. Alimlər respondentlərin meta-analizlərini müqayisə edərək, onların bəzilərində K vitamini çatışmazlığının olduğunu müəyyən ediblər. Sonradan məlum olub ki, bu maddənin çatışmazlığı olan insanlar ağciyər xəstəliklərinə meyllidirlər.
K vitamini ağciyər sağlamlığının qorunmasında açardır və yaşıl və yarpaqlı tərəvəzlərdə yüksək miqdarda olur. Odur ki, bu bitki qidaları hər bir insanın qida rasionuna daxil edilməlidir.
Nərmin