Dietoloq Elena Solomatina skumbriyanın digər balıq növləri arasında niyə ən sağlam olduğunu izah edib.
Foodinfo.az bildirir ki, o, "Moskva 24" telekanalına müsahibəsində deyib ki, skumbriyanın tərkibində çoxlu omeqa-3 yağ turşuları, hətta treska qaraciyərindən də çox protein var.
Onun sözlərinə görə, omeqa-3 yağ turşuları hüceyrələrin bölünməsi, beyin funksiyası və normal xolesterin səviyyəsinin saxlanması üçün zəruri olan hüceyrə membranlarına daxildir. Asan həzm olunan zülal isə orqanizm üçün tikinti materialı kimi lazımdır.
Bundan əlavə, skumbriya immunitet sistemi və güclü sümüklər üçün lazım olan çoxlu D vitamini ehtiva edir.
Nurlan