Yağlı, şəkərli və qızardılmış qidalar qəbul edən insanların saçları daha tez ağara bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina "Moskva 24" telekanalına müsahibəsində deyib.

"Saç ağarmasını bizi məhv edən, oksidləşdirici stressə səbəb olan və sərbəst radikalların səviyyəsini artıran qidalar sürətləndirir. Bu, şirin, yağlı və qızardılmışdır hər şeyə aiddir", -  deyə ekspert izah edib.

O bildirib ki, sözügedən məhsullar saç follikullarına zərər verir və onların melanini keçirməsinə mane olur. Bu səbəbdən piqment saçı rəngləməyə və o, gümüşü rəng ala bilər.
olur. Bundan əlavə, yağlı, şirin və qızardılmış qidalar ümumiyyətlə orqanizmin qocalma prosesini sürətləndirir, ona görə də belə qidalardan mümkün qədər nadir hallarda istifadə etmək daha yaxşıdır.

Yeri gəlmişkən, yağlı qidalar alkoqollu içkilərlə birlikdə qəbul ediləndə xüsusilə təhlükəli olur.

Natəvan