Sümüklər üçün əvəzolunmaz tikinti materialı olaraq bilinən kollagen bədəndə azalmağa başladığı zaman bir çox sağlamlıq problemi də gətirir. Kollagen orqanizmə lazım olan zülalın 30%-ni qarşılayır. Yaşlandıqca azalan kollagenin qida və əlavələrlə xaricdən alınması lazımdır.   

Bədənin kollagenə olan ehtiyacını ödəyən qidalar müntəzəm olaraq istehlak edildikdə yaşlanmağı da dayandırır. Yaşlanma əlamətlərini yox edən bu qidalar dəri sağlamlığından sümük sağlamlığına qədər bir çox sahədə faydalar təmin edir.

 Foodinfo.az istehlak etdiyiniz andan etibarən fəaliyyət göstərən kollagen ehtiyatı olan qidaları təqdim edir.

BALIQ:

Somon, sardina və skumbriya kimi balıqlar kollagen istehsalını dəstəkləyən omeqa-3 yağ turşuları ilə zəngindir.

QIRMIZI ƏT VƏ TOYUQ:

Toyuq ətində kollagen təmin edən amin turşuları var. Qırmızı ət isə kollagenin ən güclü məlum mənbələrindən biridir.

QIRMIZI BİBƏR:

C vitamini ilə zəngin olan qırmızı bibər kollagen istehsalını dəstəkləyən bir antioksidandır.

YUMURTA:

Yumurta sarısının tərkibində saç və dəri sağlamlığı üçün vacib olan biotin kimi qidalar var.

QIRMIZI MEYVELER:

Çiyələk, böyürtkən, qaragilə kimi qırmızı meyvələr antioksidantlar və C vitamini ilə zəngindir.

NAR:

Narın tərkibində ellagik turşusu adlı bir komponent var və kollagenin parçalanmasını azaltmağa kömək edir.

İSPANAQ:

İspanağın tərkibində dəmir və C vitamini kimi qidalar var. Vitamin C kollagenin istehsalı üçün lazımdır.

QIRMIZI TURP:

Qırmızı turp dəri sağlamlığı üçün faydalı olan silisium adlı mineral ehtiva edir.

BADAM:

E vitamini və maqneziumla zəngin olan badam dəri sağlamlığını dəstəkləməyə kömək edir.