Dünyada bir çox insan artıq çəkidən əziyyət çəkir. Bu cür problem olanlar isə hansı məhsulların yağları əritməkdə kömək etdiyini bilmək istəyirlər. 

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 


Araşdırmalar göstərib ki, tərkibinin 90 faizi sudan ibarət olan qreyfurt insanın arıqlamasına təsir göstərən ən əhəmiyyətli qidalardan biridir. Çünki arıqlamaq üçün hazırlanan pəhrizlərdə kalorini azaltmaq kimi duzu da azaltmaq lazımdır. Bu zaman qreyfurtu pəhrizə daxil etmək olar.

Belə ki, sözügedən meyvənin bir ədədində 60 kalori var, duz səviyyəsi isə olduqca aşağıdır.

Fərid