May çiyələk mövsümü sayılır. Lakin bu giləmeyvə adətən bütün il boyu supermarketlərdə olur, ona görə də istənilən vaxt ondan faydalana bilərsiniz. Əlbəttə, yay aylarında onun qiyməti daha ucuz olduğu üçün fürsətdən elə indi yararlanmaq məsləhətdir.

Foodinfo.az sizə onun bir çoxlarının bilmədiyi faydaları haqqında məlumat verəcək.

1. Dərini yaxşılaşdırır. Bu, çiyələkdə olan C vitamini sayəsində mümkündür. C vitamini bədəndə kollagenin istehsalı üçün lazımdır. Kollagen dərini nəmləndirir, elastik və möhkəm edir. Çiyələkdə, həmçinin, melanin istehsalının, ləkələrin və çillərin yaranmasının qarşısını alan ellaq turşusu və antosianin var.

2. Ödemdən xilas edir. Bu, çiyələyin tərkibindəki kalium sayəsində baş verir.

3. Bədəni bərpa edir və soyuqdəymədən qoruyur. Bu effekt C vitamini sayəsində təmin olunur. 

4. Göz yorğunluğu zamanı kömək edir. Çiyələkdə olan antosianlar gözün tor qişasına təsir edir. Nəticədə göz yorğunluğundan xilas olacaqsınız və özünüzü görmə zəifliyindən qoruyacaqsınız.

5. Xolesterin səviyyəsinin azaldır və qəbizliyin qarşısını alır. Bu, pektin maddəsinin sayəsində baş verir.

6. Hamiləlik dövründə kömək edir. Çiyələyin tərkibində fol turşusu var. Bu turşu dölün düzgün inkişafı üçün lazımdır.

Leyla