Çörəkotu bitkisi əsasən Asiya, Yaxın Şərq və Aralıq dəniz zonasına xas bitkidir. Yüzillərdir istifadə olunan çörəkotu insan sağlamlığına çoxsaylı faydaları ilə tanınır.
Foodinfo.az bu barədə “Yeniakit”ə istinadən xəbər verir.
Mütəxəssislər qeyd edirlər ki, çörəkotu immun sistemini gücləndirir, orqanizmin mikroblara qarşı müqavimətini artırır. Həmçinin bitki antioksidan xüsusiyyətləri daşıyır. Bədənimizdəki toksinləri süzgəcdən keçirərək xaric etməyə kömək olur. Eyni zamanda çörəkotu ürək-damar xəstəliklərinə qarşı müsbət nəticələr verir. Şəkər xəstələri üçün xüsusilə faydalı hesab olunur, həzmə kömək edir.
Fərid