Daha gənc beyin üçün istehlak edə biləcəyiniz bəzi qidalar var. Tərkibində fol turşusu olan qidalar beyin sağlamlığı üçün xüsusilə vacibdir. Araşdırmalara görə, fol turşusu ilə zəngin qidaların qəbulu yaddaşı gücləndirir, hüceyrələri yeniləyir və beynin informasiyanı tez emal etməsini təmin edir. Fol turşusu B9 vitamininin sintetik formasıdır və həmçinin DNT və RNT-nin sintezində və təmirində yardımçı olur. 

 Foodinfo.az gənc beyin üçün istehlak etməli olduğunuz qidaları təqdim edir:

YAŞIL YAPAQLI TƏRƏBƏZƏLƏR:

Kələm və ispanaq kimi tərəvəzlər beyin sağlamlığı üçün çox faydalı qidalardır. Bu tərəvəzlər K vitamini, folat, minerallar və vitaminlərlə zəngindir. Araşdırmalara görə, gündə bir porsiya yaşıl yarpaqlı tərəvəz istehlakı idrak qabiliyyətinin yaxşılaşmasına səbəb olur və qocalmanın qarşısını alır. Bu tərəvəzləri tək istehlak edə, başqa bir fol turşusu ilə zəngin yumurta ilə omlet hazırlaya və ya smoothiesinizə əlavə edə bilərsiniz.

ÇUĞUNDUR:

Çuğundurun tərkibində fol turşusu və nitrat var. Bu şəkildə beyin sağlamlığının qorunmasını dəstəkləyir və beynin idrak funksiyalarını yaxşılaşdırır. Fol turşusu sayəsində Alzheimer, demans və depressiya kimi psixoloji və nevroloji pozğunluqların inkişaf riskini azaldır.

BROKOLİ:

Brokoli K vitamini ilə çox zəngindir. Bu vitamin beyin sağlamlığına yaxşı mənada təsir edir. Onun tərkibində yüksək miqdarda fol turşusu olduğu üçün idrak funksiyasını yaxşılaşdırır və beynin qocalmasının qarşısını alır. Bir fincan brokoli gündəlik fol turşusu qəbulunun dörddə birini qarşılayır.

PAXLALILAR:

Mərci, noxud, lobya kimi paxlalılar fol turşusu ilə zəngin qidalardır. 

YUMURTA:

Yumurta fol turşusu ilə çox zəngindir və həmçinin minerallar, zülallar və müxtəlif vitaminlər ehtiva edir. Beyin hüceyrələrinin inkişafına kömək edir. Yumurta sarısı beynin funksiyalarını və inkişafını dəstəkləyir. Öyrənmə və yaddaş funksiyalarını gücləndirir, zehni gücü artırır. Beyin dumanından və konsentrasiya pozğunluğundan qurtulmağa kömək edir.

QARA CİYƏR:

Mal əti qaraciyərində yüksək miqdarda fol turşusu var. Bu immuniteti gücləndirir və xərçəngə qarşı kömək edir. Qaraciyər tərkibindəki dəmir sayəsində bədəndə qan əmələ gətirir.

FINDIQ:

Fındıq yüksək miqdarda fol turşusunu ehtiva edir. Tərkibində yüksək miqdarda protein, minerallar və vitaminlər də var. Tərkibindəki maddələr sayəsində təkcə beyin sağlamlığı üçün deyil, ürək və həzm üçün də faydalıdır. Tərkibindəki antioksidant sayəsində xərçəng riskinin qarşısını alır. Tərkibində xolesterol səviyyəsini aşağı salmağa kömək edən birləşmələr də var.

Yuxarıdakılardan əlavə bunlar da beyni gücləndirən qidalar arasındadır:

 Portağal

Limon

Cəfəri

Nanə

Kələm

Günəbaxan tumu 

Soya 

Çuğundur

Kərəviz 

Buğda

Çiyələk

Banan