Qatıq və sarıkök qarışığı mütəxəssis həkimlər, xüsusilə diyetoloqlar tərəfindən qida siyahılarına əlavə edilən son dərəcə sağlam bir qidadır.
Sarıkök zəncəfil kimi görünən və zəncəfil ailəsindən gələn bir bitkidir. Tünd sarı rəngdədir.
Aydındır ki, qatıq və sarıkök ayrı-ayrılıqda çox faydalı qidalardır. Bunların ikisi bir araya gəlincə isə detoks effekti verib orqanizmi bütün zərərli toksinlərdən təmizləyir.
Foodinfo.az bu ikilinin sağlamlığa verə biləcək faydalarını təqdim edir:
• Bədəni zərərli toksinlərdən təmizlədiyi üçün sızanaq kimi bir çox dəri problemlərinin sona çatmasına kömək edir.
• Bütün həzm sistemi problemlərinə qarşı döyüşçüdür. Qəbizlik və şişkinlik kimi problemləri aradan qaldırmağa yardımçı olur.
• Daimi istifadədə qaraciyərin yağlanmasını dayandırır.
• Ödemdən xilas olmağa kömək edir və onu tox tutma xüsusiyyətinə malikdir. Beləliklə, arıqlamaq istəyənlər üçün çox yaxşı bir alternativdir.
• Ağrı və yorğunluq hissini alır, gümrahlıq verir.
• Əzələ və sümükləri gücləndirən xüsusiyyətlərə malikdir.
• Revmatik ağrıları aradan qaldırır.
• Xolesterolu azaltmağa kömək edir.
• Daimi istifadədə maddələr mübadiləsini sürətləndirən təsirə malikdir. Qarın çəkisini itirməyə çox kömək edir.
Qatıqlı sarıkök yağ yandırıcı xüsusiyyəti ilə arıqlamağa kömək edir. Gündə bir dəfə qatıqlı sarıkök istehlak edə bilərsiniz. Bunu səhərlər ac qarına və ya gecə yatmazdan iki saat əvvəl istehlak edərək yatarkən kalori yandıra bilərsiniz.
Bütün bunların xaricində qatıqlı sarıkök maskası hazırlayaraq bu gözəl müalicəni dəriyə qulluq rutininizə əlavə edə bilərsiniz. Bir çay qaşığı qatığa bir çay qaşığı sarıkök və bir çay qaşığı bal əlavə edib dərinizə çəkin. Təxminən on dəqiqə saxladığınız bu maska sızanaq izlərini, qırışları aradan qaldırmaq və dərini nəmləndirmək üçün istifadə olunur.
Sarıkökün rəngi tünd sarı olduğundan, maskanı hazırladıqdan sonra üzün rənginin sarıya çevrilmə ehtimalı yüksəkdir. Ancaq bunun həlli olduqca sadədir. Qatıq və sarıkök maskanızı yaxaladıqdan sonra pambığa tökdüyünüz toniklə dərinizi təmizləyə bilərsiniz.