Tonusu yüksəldən xüsusiyyətlərə malik olan və qəhvəni əvəz edə biləcək məhsullar açıqlanıb. Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında darçın, quru meyvələr, qoz-fındıq göstərilir

“Darçın orqanizmə qlükozanı daha tez mənimsəməyə kömək edir, qlükoza isə enerji mənbəyidir. Buna görə də, məsələn, bu ədviyyatı ehtiva edən desert və ya şirniyyatlı qatıqdan istifadə edərək, bununla daha tez canlanırsınız”, - deyə məqalədə qeyd olunur. 

Qurudulmuş meyvələr və qoz-fındıq da zülalların, yağların və liflərin optimal nisbətini ehtiva etdiyinə görə canlandırıcı təsir göstərir.
Tonusu yüksəldən sağlam qidalar arasında həmçinin toyuq yumurtası və alma da göstərilib.

Leyla