Müasir dünyada artıq çəki problemi hətta gənclər arasında da getdikcə daha çox yayılır. Piylənmə ürək-damar, metabolik və digər ağırlaşmalar riski yüksək olan müstəqil xroniki xəstəlikdir. Piylənmənin mühüm göstəricilərindən biri həyati orqanları əhatə edən visseral (daxili) piylərin miqdarıdır. Bu piydən qurtulmaq üçün 6 qaydaya əməl etməlisiniz.
Foodinfo.az həkim-terapevt Alla Pendyurinanın məsləhətlərini təqdim edir.
Lakin daha öncə müəyyən edək ki, hansı bel ölçüsü visseral piyin olduğunu göstərir. Qadınlar üçün kritik göstərici 88 sm, kişilər üçün isə norma maksimum 94 sm-dir.
Deməli, bu göstərici normadan çox olduqda nə etməlisiniz?
1. Qida rasionunuzu yenidən nəzərdən keçirin.
Gündə beş-altı dəfə yemək yeyin, yeməyi yaxşıca çeynəyin.
Bir porsiya bir stəkandan çox olmamalıdır.
Səhər yeməyini və naharı mütləq edin, şam yeməyindən isəvaxtaşırı imtina etmək çox faydalıdır.
Mümkün qədər evdə yemək bişirin.
Yeməkdən 30 dəqiqə əvvəl bir stəkan su və ya yaşıl çay için.
Film seyr edərkən, kiminsə həvəsinə, aclıq hiss etmədən, yorğun halda və ya pis əhval-ruhiyyədə yemək yeməyin.
Təzə tərəvəz və göyərtidən daha çox istifadə edin, qarnirləri salatlarla əvəzləyin.
Çörək, makaron, sıyıqlar, meyvə və paxlalılar kimi orta kalorili qidaların miqdarını iki dəfə azaldın.
Ən gec yatmazdan üç saat öncə yeyin.
Axşam saatlarında aclıq hiss edirsinizsə, çay qaşığı ilə bir stəkan 1%-lik qatıq yeyə bilərsiniz, içinə qaynar suda saxlanılmış yulaf kəpəyi əlavə edə bilərsiniz (bir xörək qaşığının üzərinə 20 ml qaynar su tökün və 15 dəqiqədən sonra qatıqla qarışdırın).
Visseral piylənmə zamanı ən yaxşı dadlandırıcı steviyadır ("şəkər otu", "bal otu" kimi tanınan bitki). Onu tablet, şərbət və ya toz şəklində mağaza və aptekdən almaq olar.
Hər 10 gündən bir detoks günü edin. Həmin gün bir növ məhsulu beş dəfə yeyin: 1 litr qatıq və ya 600 qram 2%-lik kəsmik, 300 qram ətlə göyərti, 1,5 kiloqram xiyar və s
2. Məşq edin
Heç vaxt və ya uzun müddət idmanla məşğul olmayanlar üçün yürüş və ya qaçış ən yaxşı üsuldur. Düzgün nəfəs almaq və lazım olduqda fasilə vermək vacibdir.
Press məşqləri yaxşı yağ yandırır. Arxa üstə uzanıb, əllərinizi kənarda tutaraq ayaqlarınızı düz şəkildə yuxarı qaldırmaq daha yaxşıdır. İlkin mərhələdə çətin olacaq, lakin iradənizi toparlasanız, hər şey mütləq alınacaq.
3. Pəhrizlərdən imtina
Reklam edilən pəhrizlərdən özbaşına istifadə etməyin, çünki həddindən artıq sərt, monoton və balanssız qidalanma sistemləri dayandırıldıqda daha çox kilo almağa səbəb olur.
4. Sağlam yuxu
Gündə azı yeddi saat və rahat şəraitdə yatmalısınız.
5. Stress ilə mübarizə
Problemlər yarandıqca onları minimum mənfi emosiyalarla həll etməyə çalışın.
6. Spirti içkilərdən uzaq olun
Spirtli içkilər hormonal pozğunluqlara səbəb olur. Onlardan imtina etmək məsləhətdir.
Onu da qeyd edək ki, tez bir zamanda gedən çəki tez də qayıda bilər, ona görə pəhriz zamanı göstəricilərinizə nəzarət etməlisiniz.
Natəvan