Mebel və ev üçün malların satışı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan IKEA Rusiyada ekoloji təmiz tekstil malları satacaq. Lenta.ru xəbər verir ki, satışlar 2020-ci il oktyabrın 1-dən etibarən start götürəcək. Tekstil mallarından ibarət kolleksiya dənizdən çıxardılan plastik kütlədən hazırlanıb. Bu cür tullantıların bir qismini ispaniyalı balıqçılar Aralıq dənizindən çıxarıblar. Plastik kütlə xüsusi konteynerlərə qoyulur, sonra o təmizlənir, çeşidlənir, mexaniki olaraq emal olunur, emal edilmiş PET-butulkalarla qarışdırılır və nəticədə iplik və parçaya çevrilir.