Papatya ailəsindən olan dəvətikanı qaraciyər və mədə xəstəliklərinə qarşı müalicəvi xüsusiyyətləri ilə tanınır. 

Dəvətikanı antioksidant tərkibə malikdir, yağların oksidləşməsini yavaşladan bir maddədir. Bu otun sağlamlıq faydalarından həzz almağın ən yaxşı yollarından biri onu dəmləməkdir. Həkimlərin müxtəlif xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyyə etdiyi dəvətikanı çayının faydaları kifayət qədər yüksəkdir. 

 Foodinfo.az asanlıqla əldə edə biləcəyiniz bu çayın faydalarını təqdim edir:

Süd artırıcı təsirinə görə süd verən analara məsləhət görülür.

Qaraciyərin sağlamlığını dəstəkləyir və funksiyasını artırır.

Qaraciyərdəki zərərli maddələrin çıxarılmasına kömək edir və yarana biləcək qaraciyər yağlanması probleminin qarşısını alır.

Alkoqol qəbulu nəticəsində yaranan dəri qızartılarını aradan qaldırmağa kömək edir.

Həzm sisteminin funksiyasını dəstəkləyir.

Bədəndən zərərli tullantıların çıxarılmasına kömək edir.

Xolesterol səviyyəsini tarazlayır. Yüksək xolesterol səviyyələrinin nəzarətində tövsiyə olunur.

Tərkibindəki omeqa-3 və faydalı yağ turşuları sayəsində ürək sağlamlığını qorumağa kömək edir.

Dəvətikanı çayı yüksək səviyyədə antioksidant ehtiva edir. Bu səbəbdən bəzi xərçəng hüceyrələrinin böyüməsinin və çoxalmasının qarşısını almaqda faydalıdır.

Qaraciyər funksiyalarını tənzimləyərək dəri problemlərinin azaldılmasında dəstəkləyici rol oynayır.

Dəridə yarana biləcək sızanaq problemlərinin qarşısını almağa da kömək edir.

Bu çay yağların əriməsində mühüm rol oynadığından arıqlamağa kömək edir.

Bir çox bitki çayları kimi, dəvətikanı çayının faydaları sağlamlığın qorunmasında mühüm rol oynayır. Amma unutmaq olmaz ki, bu bitki çayları birbaşa müalicə üçün istifadə edilmir, müalicə dəstəyi kimi istifadə olunur. Bu səbəbdən həkimlə məsləhətləşərək istifadə edilməlidir.

 Müxtəlif şikayətlərin müalicəsində köməkçi vasitə kimi istifadə etdiyimiz bitki çaylarının dəmlənməsi bir-birindən fərqlənir. Bəs, dəvətikanı çayı necə hazırlanır?

Bu çay bir çox xəstəlik və şikayətlərin müalicəsində həkimlərin tövsiyə etdiyi sağlam çaydır. Lakin bu çayın faydalarından yararlanmaq və baş verə biləcək mənfi halların qarşısını almaq üçün onu düzgün dəmləmək lazımdır. 

Bir stəkan qaynar suya bir çay qaşığı dəvətikanı toxumu əlavə edin və 5 dəqiqə qaynadın. Qaynadıqdan sonra ocağı söndürüb 5 dəqiqə dəmlənməsinə icazə verin. Çayı dəmlədikdən sonra onu soyuq və ya isti istehlak edə bilərsiniz. İstəyirsinizsə, zəncəfil, limon suyu, darçın və hindistan cevizi yağı əlavə edərək də dəmləyə bilərsiniz.