Bir çoxlarının sevdiyi dönər və şaurma digər "fasstfood"lardan daha faydali olsa da, düzgün hazırlamadıqda zəhərlənməyə səbəb ola bilərlər.
Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq, diyetoloq və kulinariya bloggeri Nuriyə Dianova danışıb.
Onun sözlərinə görə, iki saatdan çox soyuducudan kənarda qalan tərəvəzlər və səhv bişirilən ət təhlükəli ola bilər.
Ət mikroorqanizmlər üçün qidalılandırıcı mühitdir, ona görə dadda dəyişiklik hiss etməsəz də, zəhərlənə bilərsiniz.
Mütəxəssis əlavə edib ki, şaurma və dönəri uzun müddət saxlamaq olmur. Onlar müştəri sifarişi ilə hazırlanırlar, lakin dönərçi tərəvəzləri öncədən doğramalıdır.
Burgerdən fərqli olaraq, şaurmada çoxlu tərəvəzlər, kotlet əvəzinə isə əsl toyuq əti olur. Lakin qida infeksiyaları baxımından burgerdən zəhərlənmək daha çətindir.
Arxayınlıq üçün şaurmanı evdə hazırlamaq daha yaxşıdır.
"Şaurma və dönəri özüm hazırlayanda daha az lavaş götürürəm. Məsləhət görürəm ki, duzlu xiyarı sır dadlandırmaq üçün, minimum miqdarda əlavə edəsiniz. Alternativ olaraq, sousu xardal və Qafqaz otlarından istifadə edərək, cəmi bir çimdik duzla hazırlaya bilərsiniz. İdeal şaurmada 20% toyuq, 20% lavaş, qalanı tərəvəz olmalıdır”, - deyə Dianova məsləhətlərini bildirib.
Nurlan