Aparılan araşdırmalardan sonra bəlli olub ki, ən faydalı çərəz badamdır. Onun orqanizm üçün faydaları saydıqca bitmir. Foodinfo.az "axşam.az"a istinadən xəbər verir ki, badam tərkibi vitaminlərlə zəngin olduğu qədər, pəhriz saxlayanlar da ondan bol istifadə edə bilər. Bir ovuc badam 163 kaloridir, tərkibində zeytunyağında olan yağlar var. Tərkibi omeqa, liflər və proteynlə zəngindir. ürək sağlamlığı üçün xeyirlidir. Xolesterinlə mübarizə aparır.