Ürək-damar xəstəliklərini aradan qaldırmaq üçün qidalanmamıza xüsusi diqqət yetirməliyik.
Foodinfo.az xəbər verir ki, bu barədə “HaberTürk” də məqalə yer alıb.
Bildirilib ki, bəzi qida məhsulları ürək-damar xəstəlikləri riskini azaldır.
Pomidora qırmızı rəngi verən likopen güclü bir antioksidantdır. Bu maddə sayəsində sözügedən tərəvəz infarkt riskini azaldır, qanda xolesterolu aşağı salır. Şəfalı bitki sayılan qulançar B6 vitamini, fol turşusu və zülallarla zəngindir. Bir kasa qaynadılmış qulançar orqanizmin ehtiyacı olan B vitamininin 66 faizini təmin edir. Bu tərkibi sayəsində qulançar ürəyin əsas damarlarının təmiz və açıq qalmasını təmin edir. Tərkibində A, C, B və B6 vitaminləri olan şirin kartof mühüm zülal mənbələrindən biri sayılır. Tərkibində bununla yanaşı fosfor, kalium və manqan da mövcuddur. Bununla da anidən gələn aclıq hissini aradan qaldırır və toxluq hissi yaradır. Tərkibindəki zülallar sayəsində zərərli xolesterolu aşağı salır, ürək-damar xəstəliklərinin yaranmasını əngəlləyir. Güclü bir antioksidant olan sarımsaq da ürəyimiz dostlarından sayılır. Tərkibindəki kvertsetin maddəsi sayəsində damarların tutulmasının qarşısını alır.