Əncir sağlamlıq üçün çoxlu faydaları olan bir meyvədir. Mis, maqnezium, kalium, tiamin, K və B6 vitaminləri ilə zəngindir. Gündə 2-3 təzə və ya 3-4 qurudulmuş əncir yemək insanın gündəlik tələbatını ödəyəcək, lakin bu meyvənin kifayət qədər yüksək kalorili olduğunu da unutmamaq lazımdır.
Foodinfo.az xəbər verir ki, əncirin tərkibində həzm sisteminə müsbət təsir edən lif var. Ağrı və köpü azalda bilər. Bundan əlavə, bu meyvə qan təzyiqi və xolesterin səviyyəsinə müsbət təsir göstərə bilər ki, bu da ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Əncir sağlamlığa faydalarından əlavə, kosmetologiyada da istifadə olunur. Qurudulmuş meyvə ekstraktı əsasında hazırlanan krem dermatitdən, quruluqdan və dəri qaşınmasından xilas olmağa kömək edir, onu nəm saxlayaraq qidalandırır.
Natəvan