Mövsümündən tez bazara çıxarılan qarpız və yemişlərin tərkibində adətən nitrat çox olur. Onlardan istifadə edərkən zəhərlənmə riskini necə azaltmaq olar?

Foodinfo.az xəbər verir ki, bu barədə aqronom Vladimir Vikulov "Sputnik" radiosuna müsahibəsində danışıb.

Erkən məhsul əldə etmək üçün bəzi fermerlər mineral gübrələrdən istifadə edə bilər, giləmeyvələr isə nitrat yığmağa meyllidir. Ona görə də azot turşusu duzları ilə zəhərlənmə riskini azaltmaq üçün aqronom erkən qarpız və yemişləri kiçik hissələrdə yeməyi məsləhət görür.

"Gənc və sağlam insanın bir oturuma 200-300 qramdan çox yeməməsi məsləhətdir. Uşaqlar və yaşlılar isə zəhərlənməmək üçün ondan da az yeməlidirlər ", - deyə Vladimir Vikulov tövsiyə edib.

Nərmin