İnsan sağlamlığı üçün saysız-hesabsız faydası olan qarabaşaqdan ləzzətli yeməklər hazırlanır. Xüsusilə çölyak xəstələri üçün tərkibində qlüten olmadığı üçün qarabaşağa üstünlük verilir. Qarabaşaq yarmasının ən bariz faydası qanda şəkərin səviyyəsini aşağı salması və ürək sağlamlığını qorumasıdır.
Foodinfo.az qarabaşağın faydalarını təqdim edir:
Çölyak xəstəliyi buğda, arpa, çovdar və yulaf kimi taxıllarda olan “qlüten” adlı maddəyə orqanizmimizin immun sisteminin anormal reaksiyası nəticəsində yaranan xəstəlikdir. Qarabaşağın tərkibində qlüten olmadığı üçün çölyak xəstələrinin seçim edilə biləcək əhəmiyyətli bir qidadır.
Tərkibindəki fenolik maddələr, antioksidantlar və lif komponentləri qarabaşağın əlavə olunduğu yeməyin funksional xassələrini və qida dəyərini artırır.
Araşdırmalar göstərir ki, qarabaşaq yarması yüksək xolesterin, hipertoniya və şəkər xəstəliyinin qarşısını alır.
Prebiyotiklər bağırsaqlarımızdakı faydalı bakteriyaları qidalandıran xüsusi liflərdir. Qarabaşaq bağırsaqlarımızda laktik turşu bakteriyalarını artırdığına və yüksək dərəcədə davamlı nişastaya malik olduğuna görə prebiyotik qida kimi təsnif edilir.
Lif qəbulu həzm sistemimizin sağlam işləməsi üçün çox vacibdir. Qarabaşaq çörəyi pəhriz lifinin mühüm mənbəyidir. Liflə zəngin olduğu üçün kolon xərçəngi, piylənmə və diabetin qarşısının alınmasında da faydalar göstərir.
Bədənimizdə sərbəst radikallar adlanan zərərli maddələrlə mübarizə aparan maddələrə antioksidanlar deyirik.Qarabaşağın tərkibində quercetin və rutin olduğu üçün antioksidantla zəngin qidalar sırasındadır.
Qarabaşaq yarmasının faydalarına qan şəkərini tənzimləmək, ürək sağlamlığını qorumaq, immunitet sistemini gücləndirmək və həzm sistemini dəstəkləmək də daxildir. Qarabaşaq lifi, zülal, dəmir, maqnezium, mis, manqan və fosfor kimi mühüm qida maddələri ilə zəngindir. Tərkibində həmçinin antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik flavonoidlər var. Qarabaşaqdan düyü, salat, şorba, çörək və s. kimi müxtəlif yeməklərdə istifadə etmək olar. Qarabaşaq yarmasının faydalarından yararlanmaq üçün həftədə bir neçə dəfə mütləq istehlak edin.