İspaniyanın Pompeu Fabra Universitetinin alimləri səhər yeməyinin gec yeyilməsi şəkərli diabetə səbəb ola biləcəyini müəyyən ediblər. 

Foodinfo.az xəbər verir ki, tədqiqatın nəticələri "İnternational Journal of Epidemiology" jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər yeddi il ərzində 100 mindən çox insanı müşahidə ediblər. Onlar iştirakçıların səhhəti haqqında məlumat toplayıb və onların yemək vərdişlərini izləyiblər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, səhər saat 9-dan sonra səhər yeməyi yemək II tip diabet riskini 59% artırır. Axşam saat 10-dan sonra yeyilən yemək də bu xəstəliyin yaranma ehtimalı artır. 

Eyni zamanda, tez-tez qida qəbulu xəstəliyin inkişaf riskini azaldır. Söhbət gündə beş dəfə yeməkdən gedir. Səhər 8-dən əvvəl səhər yeməyi və axşam 19-dan əvvəl axşam yeməyi yeyirsinizsə, o zaman II tip diabet riski azalacaq.

Ümumilikdə bu nəticələr xroniki xəstəliklərin qarşısının alınması üçün xronoqidalanmanın (yəni qidalanma, sirkad ritmlər və sağlamlıq arasındakı əlaqə) effektivliyini təsdiqləyir.

Natəvan