Gecə yemək aclıq hissinə, yandırılan enerjinin miqdarına və bədəndəki yağların parçalanmasına təsir edir. Gecə gec saatlarda ağır yeməkdən sonra yuxuya getmək həmişə çətindir. Bunun səbəbləri var.

ABŞ-ın Boston şəhərindəki Brigham və Qadın Xəstəxanasının tədqiqatçıları deyirlər ki, gec yemək yalnız yuxuya mane olmur.

Çəki artımı ilə yemək vaxtı arasında birbaşa əlaqə var. Gec axşam yeməyi piylənmə riskinin artması, bədən yağının faizinin artması və istənilən pəhrizin effektivliyinin azalması ilə əlaqələndirilir.

Axşam yeməyi ən yaxşı  18:00-dan gec olmayaraq yeyilməlidir. Bu zaman qida yaxşı mənimsənilir və orqanizm kaloriləri daha yaxşı yandırır.

Fərid