Gənclər mümkün qədər konservantsız yemək yeməli, şirniyyat və "fast food"dan imtina etməlidirlər. 

Foodinfo.az xəbər verir ki, bu məsləhəti həkim-diyetoloq-nevroloq-dermatokosmetoloq Mariyat Muxina verib. 

O, inkişaf etməkdə olan bir orqanizmin rasionunda olmalı olan qidaların siyahısını tərtib edib.

Belə ki, kəpək, düyü, kinoa bağırsaqların sağlam fəaliyyətini qoruyur. Heyvan mənşəli zülalları da unutmamaq vacibdir: yumurta, kəsmik, ət, balıq və qaraciyər.

Gənc orqanizm çoxlu enerji sərf edir, buna görə də aktiv qalmaq üçün keyfiyyətli kalorilər almaq vacibdir. Zülal enerjini bərpa üçün əla seçimdir.

Bundan əlavə, ekspert gənclərə gündə azı 600 qram meyvə yeməyi məsləhət görüb.

Meyvə vitamin və qlükoza mənbəyi olmaqla beyin fəaliyyətini yaxşılaşdırır. Tərəvəz və göyərti də gənclərin rasionunda yer almalıdır, çünki onlar immun sistemini gücləndirməyə kömək edir. Kərə yağı, pendirlər və avokado da gənc nəsil üçün lazımdır, əks halda yağda həll olunan vitaminlər sovurulmayacaq.

Diyetoloq vurğulayıb ki, erkən yaşlardan düzgün qidalanmaya alışmaq daha yaxşıdır, çünki bədən gənc olanda zərərli qidalar tez həzm olunur, lakin  bu cür yeməyə öyrəşsəniz, zamanla artıq kilolar sizə mane ola bilər.

Nurlan