Görmə qabiliyyətini yalnız yerkökü və qaragilə yaxşılaşdırmır, digər qidalar da eyni müsbət təsirə malikdir.
Foodinfo.az xəbər verir ki, qidalanma mütəxəssisi Aleksandra Razarenova göz sağlamlığını yaxşılaşdıra biləcək qidaların siyahısını açıqlayıb.
İspanaq, kələm və brokkoli kimi yaşıl yarpaqlı tərəvəzlər mühüm rol oynayır. Onların tərkibində torlu qişanın qorunmasına kömək edən lutein və zeaksantin maddələri var.
Qızılbalıq, sardina və ton balığı kimi balıqlar görmə qabiliyyətini yaxşılaşdıran və gözün qocalmasının qarşısını alan omeqa-3 yağ turşuları ilə zəngindir.
Yumurta da faydalı qidalar siyahısındadır - onun tərkibində göz sağlamlığını dəstəkləyən və zərərli təsirlərdən qoruyan lutein, zeaksantin və E vitamini var.
Portağal, zoğal, manqo, böyürtkən kimi C vitamini ilə zəngin qidaları yemək də vacibdir. Bu vitamin gözün zədələnməsinin qarşısını alır. Digər vacib element isə badam, şam qozası və günəbaxan tumlarında olan sinkdir. Bu maddə görmə qabiliyyətinin yaşla bağlı dəyişikliklərdən qorunmasına kömək edir.
Natəvan