Günəş altında qaldıqdan sonra gözəl "zaqar" almaq üçün rasionunuza melanin istehsalına kömək edən elementləri - amin turşuları, A, E, C vitaminləri və selenium əlavə etmək lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Veronika Qusakova danışıb.

Onun sözlərinə görə, bunun üçün avokado, brokkoli və kök yemək lazımdır. Avokado dərini nəmləndirmək üçün lazımdır. Onun tərkibində dərinin səthində maneə yaradan yağlar var, bu səbəbdən də maye hüceyrənin daxilində qalır, dəri qurumur və soyulmur. A və E vitaminləri isə qocalma prosesini yavaşlatmağa kömək edir. Kök və balqabaq hüceyrələrin aktiv şəkildə yenilənməsi üçün zəruri olan A vitamini (antioksidant) ilə zəngindir.

Melanin istehsalında fəal iştirak edən tirozin amin turşusu ət məhsullarında çox olur.

Brokkoli A, B, C və E vitaminləri, eləcə də təbii antioksidantlarla zəngindir. Bunun sayəsində məhsulun istifadəsi günəş altında qaldıqdan sonra dəri qızartısını azaldır.

Eyni zamanda, diyetoloq şəkəri qida rasionundan çıxarmağı məsləhət görüb, çünki o,kollageni məhv edir, bu isə dərinin görünüşünə mənfi təsir göstərir.

Natəvan