Gavalı, ərik kimi, yaddaş üçün faydalıdır, tez-tez qəbizlik problemləri yaşadıqda həzm sistemini stabilləşdirməyə və gəncliyi uzatmağa kömək edir. Gavalı qurusu da eyni xüsusiyyətlərə malikdir.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Nataliya Qridina danışıb.
Onun sözlərinə görə, böyük miqdarda qida lifi həzm sisteminin stabilləşməsinə və qəbizliyin aradan getməsinə kömək edir. Bu meyvənin tərkibindəki antioksidantlar bədən hüceyrələrinin qocalmasının qarşısını alır.
Gavalıda B, C, A qruplarından olan bir sıra vitaminlər də var. Bu meyvədə polifenolların olması sayəsində yaşlılara xas olan yaddaş dəyişikliklərini yumşaltmaq mümkündür.
Gavalı qaraciyər funksiyası üçün də faydalıdır.
Əgər insanın mədə ilə bağlı problemləri varsa, meteorizmə, ishala meyllidirsə, o zaman gavalıdan çox yeməmək məsləhətdir. Onun tərkibindəki lif bu simptomların pisləşməsinə səbəb ola bilər.
Turşuluğun artması, qastrit və xoralar zamanı da gavalıdan ehtiyat etmək daha yaxşıdır.
Gavalının tərkibində fruktozanın da olduğu üçün şəkərli diabet və ya artıq çəkili insanlar diqqətli olmalıdırlar.
Leyla