Hər gün 1 alma yeyən insanın bağırsaqlarında faydalı bakteriyaların sayı artır. Bu isə metabolik prosesləri və immuniteti yaxşılaşdırır.
Danimarkalı alimlər sübut edir ki, almanın müntəzəm olaraq istehlakı həmçinin bağırsaqların divarlarını qoruyur və bununla da bağırsaq xəstəliklərinin riskini azaldır.
Foodinfo.az xarici KİV-lərə istinadla xəbər verir ki, alma sağlamlıq üçün çox qiymətli maddə olan pektinlə zəngindir. Pektin nazik bağırsaqda yağlı turşular və piylərin sovrulmasını azaldır ki, bu da xolesterinin səviyyəsini aşağı salır.
Həmçinin pektin bağırsaqlara detoks təsiri edir, qəbizliyin qarşısını almağa yardım edir.