Yay meyvəsi olan əncirin sağlamlığımıza bir çox faydaları var.
 Foodinfo.az xəbər verir ki, türkiyəli qidalanma üzrə mütəxəssis, diyetoloq Elif Gizem "Səhhətinizdə problem yoxdursa, gündə 2 ədəd əncir yeyə bilərsiniz", deyərək əncirin 6 faydasını açıqlayıb.
 
Gündə 2 ədəd əncir yesək, orqanizmdə nə baş verər?
Bir orta ölçülü əncir təxminən 60 kaloridir. Əncirin tərkibində 2 qram qida lifi, 175 mq kalium, 25 qram kalsium, A, E vitaminləri və sağlamlıq üçün çox faydalı olan antioksidant maddələr var. Bu zəngin tərkibi sayəsində əncir bir çox sağlamlıq problemlərinə qarşı təsirlidir.
Ancaq həkim Elif Gizem arıqlamaq istəyənlərə və diabet xəstələrinə xəbərdarlıq edib və 1-dən çox yeməmələrini məsləhət görüb.
“Əncir qan şəkərini sürətlə qaldıran və ya əksinə endirən bir meyvədir. Bu hal tez acmağınıza səbəb olacağı üçün arıqlama prosesinizə mənfi təsir göstərə bilər. Bundan əlavə, şəkərli diabet xəstələri də diqqətli olmalıdır. Çünki əncir qanda şəkəri yüksəldə bilər.Buna görə də meyvənin yanında qoz, badam və ya süd kimi zülal tərkibli qidalardan istifadə etmək məsləhətdir”.
Əncirin faydaları:
 
1- Həzmi asanlaşdırır
Tərkibindəki yüksək lif sayəsində əncir bağırsaqdakı sağlam bakteriyalar üçün qida mənbəyinə çevrilir. Bu təsirlə bağırsaq hərəkətliliyini artıraraq, həzm sistemini yaxşılaşdırır, nəcisi yumşaldır, qəbizliyin azaldır, qaz və şişkinlik kimi şikayətlərin aradan qaldırılmasına kömək edir. Lakin unutmayın ki, əncirin miqdarına diqqət etməlisiniz.
2- Ürək-damar sağlamlığını qoruyur
Kalium bədənimizdəki bütün sistemlərin tam işləməsi üçün vacib bir mineraldır. Bir əncirin tərkibində 175 mq kalium var. Pəhriz vasitəsilə kalium mineralının kifayət qədər qəbulu damardaxili təzyiqi azalda və böyrəklərdə filtrasiya sürətini artıra bilər. Buna görə də əncir yüksək təzyiq xəstəliyi olaraq da bilinən hipertoniyanı normaya salmağa kömək edə bilər.
3- Dərini yeniləyir
Aparılan araşdırmalarda əncir də daxil olmaqla bir çox meyvələrin dəri hüceyrələrinə antioksidan təsir göstərdiyi və dərini yenilədiyi sübut olunub.
 
4- Şirniyyat ehtiyacının alternativi ola bilər
Əncir liflə zəngindir. Ona görə də pəhriz saxlayanlar şirniyyat istəklərini əncirlə ödəyə bilərlər.
Məsələn, 10 badam və ya bir stəkan süd ilə əncir yeyirsinizsə, qan şəkərini normallaşdırmağa və şirniyyat istəyinizi aradan qaldırmağa kömək edəcək. Həmçinin, tox saxlayacaq.
5- İmmuniteti gücləndirir
Əncir qabığındakı bənövşəyi rəng tərkibində nə qədər antioksidantın olduğunun göstəricisidir. Ənciri qabığı ilə birlikdə yesəniz, immunitetinizi gücləndirmiş olarsınız.
6- Sümük sağlamlığı üçün vacibdir
Bol kalsium və maqneziumla zəngin olan əncir sümüklər üçün də faydalıdır.
 
Bu üç qaydaya diqqət yetirin!
- Qəbizlik probleminiz varsa, bir əncir yedikdən sonra bir stəkan su içməyi vərdiş edin. Əncirdən sonra su içdikdə, bağırsaqlar hərəkət etmiş olur və qəbizliyin qarşısı alınır.
- Əncirin yanında qoz, badam, süd və ya qatıq yeyin ki, qan şəkəriniz yüksəlməsin.
- Əncirin tərkibində yüksək miqdarda K vitamini olduğu üçün qan durulaşdırıcı təsiri olan dərmanların orqanizmdə sorulmasının qarşısını ala bilər. Bu səbəblə qan durulaşdıran dərmanlardan istifadə edirsinizsə, bir porsiya əncirdən çox istifadə etməyin.