Qarğıdalı bütün dünyada məşhur bir qidadır. Vətəni Meksika və Mərkəzi Amerika hesab olunur. Həm qaynadılmış, həm də qovrulmuş kimi istehlak olunur. Bununla belə, saçağının faydasından xəbərsiz olanlar saçağı zibilə atırlar.
Foodinfo.az xəbər verir ki, qarğıdalı saçağının sağlamlığa bir çox faydaları var.
Qarğıdalı ipəyinin ən ümumi istifadələrindən biri sidik yollarının sağlamlığını dəstəkləməsidir. Tərkibindəki təbii birləşmələr sayəsində sidik yollarını təmizləməyə kömək edir. Xüsusilə sidik yolları infeksiyalarının qarşısının alınması və müalicəsində faydalı olduğu düşünülür.
Bu saçaqlarda antioksidantlar var. Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə ziyanını azaldır. Bu səbəbdən qarğıdalı ipəyi yaşlanma əleyhinə də təsirlidir.
Qarğıdalı saçağı sidikqovucu xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər sayəsində bədəndə yığılmış artıq mayenin çıxarılmasına və ödem əmələ gəlməsinin azalmasına kömək edir.
Bəzi araşdırmalar göstərir ki, qarğıdalı saçağı xolesterol səviyyəsini tənzimləməyə kömək edir. Tərkibindəki lif sayəsində həzmi tənzimləyir və bağırsaqlardan xolesterinin çıxarılmasını dəstəkləyir.
Qarğıdalı ipəyində olan bəzi birləşmələrin qan təzyiqini tənzimləməyə kömək edə biləcəyi düşünülür. Buna görə də, onlar hipertoniya riskini azaltmaqda potensial rol oynayır.