“Gündəlik menyuda tərəvəzlər, meyvələr, eləcə də tərkibində kalsium, yağlar və zülallar olan qidalar olmalıdır.”
Foodinfo.az xəbər verir ki, bunu Rusiyalı həkim Artem Veris Gazeta.Ru-ya bildirib.
O, hər gün dörd-altı porsiya mövsümi tərəvəz, göyərti və meyvə yeməyi zəruri hesab edərək bunu faydalarından danışıb. “Meyvələrdən portağal, banan, nar, kivi, limon, naringi və alma, tərəvəzlər arasında ilk növbədə bütün növ kələm, soğan, turp, şalgam və kərəvizə fikir vermək lazımdır”, - deyə Veris bildirib.
Bundan əlavə, kalsiumla zəngin olan süd, pendir, kəsmik, qatıq, eləcə də sardina və ya konservləşdirilmiş qızıl balıq kimi yeyilə bilən yumşaq sümükləri olan balıqlar faydalıdır. "Şəkərsiz meyvə şirələri və süd əvəzediciləri kimi kalsiumla zənginləşdirilmiş içkiləri istisna etməyin" deyə ekspert tövsiyə edib.
Protein və zülalın köməyi ilə hüceyrələr və toxumalar formalaşır, bundan əlavə, immunitet gücləndirilir. Ekspert qeyd edib ki, mövsümdənkənar tərəvəz və meyvə yemək xeyirdən çox zərər verə bilər. Mütəxəssis izah edib ki, mövsümdənkənar meyvələrin tərkibində çoxlu miqdarda pestisidlər və nitratlar ola bilər ki, bu da saxlama müddətini artırmaq üçün istifadə olunur.
Nərmin