Hamiləlik dövründə gələcək ananın qidalanması balanslı və müxtəlif olmalıdır. Eyni zamanda müəyyən məhsullardan, o cümlədən suşi və rollardan imtina etmək lazımdır.
Foodinfo.az xəər verir ki, bu barədə mama-ginekoloq Darya Kazakova danışıb.
Həkim qeyd edib ki, rasiona beş əsas qida qrupu daxil edilməlidir: tam taxıllar, meyvələr, tərəvəzlər, zülalla zəngin qidalar və süd məhsulları.
Qidalanmanın balanslı olması üçün isə "Harvard boşqabı" prinsipi ilə qidalanmaq tövsiyə olunur.
“Bunun üçün boşqab vizual olaraq üç hissəyə bölünməlidir. Yarısını əsasən tərəvəzlər (kartof istisna olmaqla) və meyvələr tutmalıdır. Boşqaın dörddə biri protein qidaları (quş əti, balıq, ət, dəniz məhsulları, qoz-fındıq, paxlalılar) ilə doldurulmalıdır. Digər dörddə bir hissəsi taxıl (çörək, dənli bitkilər, makaron) ilə doldurulmalıdır. Hər yeməyə bir pors süd məhsulları (250 ml süd / qatıq/ yoqurt və ya 150 q kəsmik, yaxud 30 q pendir) əlavə edilməlidir", - deyə həkim izah edib.
Kazakovanın sözlərinə görə, hamilə qadınların kifayət qədər maye qəbul etməsi vacibdir. Eyni zamanda, ginekoloq, məşhur inancın əksinə olaraq, suyun miqdarı üçün dəqiq müəyyən edilmiş normaların olmadığını vurğulayıb. Burada susuzluq hissinə diqqət yetirmək lazımdır.
Bunlar ümumi qidalanma prinsipləridir. Bununla belə, qonaq, restoran və ya tədbirə gedəcəksinizsə və orada qaydalara uyğun qidalana bilməyəcəksinizsə, çox da üzülməyin: bəzən pəhrizi poza bilərsiniz. Əsas odur ki, bu, daimi olmasın.
Həkim hamiləlik yeyilməməli məhsulları da açıqlayıb. Xüsusilə, spirtli içki içmək qəti qadağandır - istənilən formada və istənilən miqdarda. Hətta Yeni ildə bir qurtum şampandan, da çəkinmək lazımdır.
Bundan əlavə, termal emaldan keçməmiş ət, balıq (o cümlədən suşi) və dəniz məhsulları, çiy yumurta yeməməli, pasterizə olunmamış süd içməməlisiniz. Bəzi balıq növlərindən, hətta bişmiş halda da imtina etmək lazımdır, çünki onların tərkibində (məsələn, tuna balığıda) çoxlu miqdarda civə ola bilər.
Qəhvəyə gəlincə, onu rasiondan tamamilə çıxarmaq lazım deyil, gündə 1 stəkan (200 mq kofein) ilə məhdudlaşmaq kifayətdir.
Həmçinin, süfrə duzunun istehlakını mümkün qədər azaltmaq lazımdır.
Nərmin