Yuxunun keyfiyyəti təkcə stress və narahatlıqdan deyil, həm də yediyimizdən asılı ola bilər.
Foodinfo.az xəbər verir ki, mütəxəssislər yaxşı yatmağımıza kömək edə biləcək bəzi qidaları açıqlayıblar.
Qidalarda kofein, müəyyən ədviyyatlar, zərərli yağlar və sürətli karbohidratlar kimi bəzi maddələr beyni stimullaşdıraraq yuxuya getməyi çətinləşdirir. Buna görə də, həkimlər şam yeməyini yatmazdan bir neçə saat əvvəl yeməyi və 16:00-dan sonra kofeindən uzaq durmağı məsləhət görürlər.
Lakin daha yaxşı yatmağımıza kömək edən qidalar da var. Məsələn, hinduşka, banan və südün tərkibində triptofan var. O, yuxu hormonu olan melatonini sintez etməyə kömək edir. Albalı və kivi yuxu və oyaqlığı tənzimləyən melatonin və serotoninin təbii qaynaqlarıdır.
Keşyu, badam və şam fıstığında maqnezium var ki, bu da sakitləşməyə və yatmağa kömək edir.
Çobanyastığı çayı kimi bitki çayının tərkibində rahatladan və yuxunu yaxşılaşdıran apigenin var.
Valerian, melissa və nanə də narahatlıq səviyyəsini azalda və asanlıqla yuxuya getməyə kömək edə bilər.
Natəvan