Heç düşünmüsünüzmü: ağ və qəhvəyi yumurtalar arasında qabığın rəngindən başqa nə fərqi var? Əgər belədirsə, onda sizin üçün bir cavabımız var.
Əslində ikisi arasında praktiki olaraq heç bir fərq yoxdur. Mütəxəssislərin sözlərinə görə, qəhvəyi yumurtaları adətən qırmızı və ya qəhvəyi tüklü toyuqlar, ağ yumurtaları isə açıq tüklü toyuqlar qoyur.
Hər iki növ yumurtanın tərkibində eyni miqdarda protein, omeqa-3 yağları, vitamin D, E, K, A, B vitaminləri, sink və xolin var. Bütün bunlar sağlam qalmağımıza kömək edən çox vacib maddələrdir.
Ancaq nəzərə alınmalı bir şey var. Qəhvəyi yumurta adətən ağ yumurtalardan baha başa gəlir. Bunun səbəbi qəhvəyi yumurta qoyan toyuqların daha iri olması və daha çox yem yeməsidir. Onların yumurtaları da adətən bir qədər böyük olur.