Sarımsaq təbii antibiotik mənbəyidir.
Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, səhər yeməyi zamanı sarımsaq yemək bir çox xəstəliklərin müalicəsində faydalı olur.
Ekspertlər sarımsağın depressiya, diabet və xərçəngin bəzi növlərinin müalicəsi zamanı çox effektli olduğunu bildiriblər:
“Sarımsağın ən effektli xüsusiyyətlərindən biri də onun respirator xəstəliklərin əlamətlərinin qarşısını almaq qabiliyyətidir. Gündə 1 diş sarımsaq yemək astma, bronxit, vərəm və bir çox xəstəliklərin müalicəsində çox faydalıdır. Hər gün 1 diş sarımsaq yeyən adamlar soyuqdəymə xəstəliyinə tutulmurlar. Həmçinin sarımsaq yeyən adamlarda diş xəstəliklərinə rast gəlinmir”.