Zəncəfil oynaq ağrılarını azaldır, arıqlamağa kömək edir, qanda şəkəri aşağı salır, həyat tonusunu yüksəldir... Foodinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Asharq Al-Awsat" nəşri yazıb. Zəncəfil çoxsaylı faydalı xüsusiyyətlərinə görə geniş istifadə edilir. O, soyuqdəymədə, öskürəkdə, artıq çəkidə, baş ağrısında və yüksək hərarətdə əvəzsiz kömək edir. Zəncəfil iltihab əleyhinə və ağrıkəsici xassələrə malikdir, bu da onu ağrını yüngülləşdirmək üçün effektli vasitəyə çevirir. İntensiv məşq edən kişilər tez-tez əzələ yüklənməsindən əiyyət çəkir. Bu bitkidən müntəzəm istifadə etməklə vəziyyətə nəzarət etmək olar. Siz onu qidaya əlavə edə, çaya qatıb içə və ya zəncəfil əlavələri qəbul edə bilərsiniz. "Only My Health" ixtisaslaşmış saytın məlumatına görə, zəncəfil osteoporozda ağrıları azaldır. Osteopozdan əziyyət çəkən kişilər qida rasionuna zəncəfil əlavə edə bilər. "Arthritis and Rheumatism" jurnalı yazır ki, aparılan tədqiqatın nəticələrinə görə, bu ədviyyatın tərkibindəki iltihabəleyhinə maddələr oynaq ağrılarını yüngülləşdirir. Bundan başqa, bu bitkinin köməyilə kontrakturanı müalicə etmək mümkündür. Diz oynağının osteoartritində xüsusilə faydalıdır. Arıqlamaq asan məsələ deyil, nəzərəçarpacaq nəticələr əldə etmək üçün balanslaşdırılmış pəhriz yaratmaq və fiziki hərəkətlər etmək lazımdır. Zəncəfil çəkinin azalmasını sürətləndirə bilər, çünki o, termogenezi, yəni orqanizmdə istilik yaranmasını stimullaşdırır. Bundan başqa zəncəfil bağırsaq iltihabını, piyin toplanmasını ləngidir, toxluq hissini stimullaşdırır. Yəni o, arıqlamaq üçün pəhrizin vacib elementlərindəndir. Qida qəbulu arasında və ya gecədən xeyli keçmış aclıq hiss edəndə, bir fincan bal qatılmış limonlu zəncəfil çayı içsəniz, yemək istəyi azalar, bu da əlavə kaloridən xilas edər. Tədqiqatlar göstərib ki, zəncəfil qanda şəkərin miqdarını azaldır. Qlükozaya nəzarət etmək orqanizmin ümumi vəziyyəti üçün vacibdir, diabetin, digər problemlərin inkişafının qarşısını alır. Bu məhsulun yan təsirindən qorunmaq üçün orta miqdarda qəbul etmək lazımdır. Zəncəfil kişilərdə həyat tonusunu yüksəltməyə qadirdir. Bundan başqa, cinsəl fəaliyyətə müsbət təsir edir. Yaşlı kişilər güclü və cavan qalmaq üçün ondan hər gün istifadə edə bilər. Gün ərzində zəncəfil çayından iki fincandan, məhsulun 5 qramından artıq istifadə etmək məsləhət görülmür.