“Himalay duzu” narıncı rəngdə olan dağ duzları sinfinə aiddir. Foodinfo.az xəbər verir ki, əsasən astma müalicəsində üstünlük verilir. Havanı tarazlaşdırır və öskürək hücumlarının qarşısını alır.

Eyni zamanda bu duz stressi aradan qaldırır, böyrəklərdə olan turşuları təmizləyir, antioksidant xüsusiyyətləri ilə bədəndən zərərli maddələri çıxarır.

Himalay duzunun digər faydalarından biri də yuxunu tənzimləməsidir.

Bir sıra xəstəliklərin müalicəsində istifadə olunan duz maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir. Migren, osteoporoz və kalsifikasiyanın qarşısını alır.

Həmçinin qalxanabənzər vəzlərin nizamlı fəaliyyətində təsirlidir. Orta dərəcədə və az istifadə edildikdə qan təzyiqi ideal balansda qalır.

Fərid