Bədənin müxtəlif hissələrinin düzgün və ahəngdar işləməsi üçün hormon səviyyələrinin lazımi səviyyədə olması çox vacibdir.

Foodinfo.az Türkiyə saytlarına istinadən bildirir ki, orqanizmdə çoxlu hormonlar var və onların funksiyaları bir-birindən fərqlidir. Bədəndə hormon çatışmazlığı səbəbindən bir çox ciddi problem və xəstəliklərlə qarşılaşa bilərsiniz. Hormonal balanssızlığı idarə etmək üçün sağlam pəhriz və yaxşı həyat tərzini mənimsəmək çox vacib bir məqamdır.

Bədəndə hormon səviyyələri ciddi şəkildə balanslaşdırılmadıqda, tibbi müalicə tələb oluna bilər. Ancaq bəzi tərəvəz və meyvələri yeməklə hormonal balanssızlığın qarşısını ala bilərsiniz. Hormonal balanssızlığı düzəltməyə kömək edəcək qidalar aşağıdakılardır:

Kələm

Kələm istehlakı bədəndəki hormon səviyyələrini tarazlaşdırmaq üçün çox faydalı ola bilər. Bir çox element və birləşmələr kələmdə var və bu orqanizmdə hormon səviyyəsinin saxlanmasında rol oynayır. 

Brokoli

Orqanizmdəki hormonal balanssızlıq problemindən xilas olmaq üçün mütləq qida rasionuna brokoli daxil edilməlidir. Bədənində estrogen hormonu səviyyəsi çox aşağı olan insanlar üçün brokoli istehlakı çox faydalıdır.

Pomidor

Pomidor istehlakı bədəndə hormon səviyyəsi balanssız olduqda kifayət qədər faydalı ola bilər. Pomidorda olan xüsusiyyətlər bədəni bir çox ciddi problemlərdən qoruyur. Pomidor istehlak etməklə bədəndəki hormon səviyyəsi tarazlıqda qalır və hormonal balanssızlıq probleminə çox faydası var.

Avokado

Avokadonun tərkibində hormonları aktivləşdirmək və hormon istehsalını düzəltmək üçün çox faydalı olan bir çox elementlər var.

İspanaq

İspanağın tərkibində kifayət qədər dəmir var ki, bu da orqanizmdə anemiya ilə mübarizədə çox faydalıdır. Bundan əlavə, bir çox araşdırma ispanaq istehlakının bədəndəki hormonal balanssızlığı düzəltmək üçün çox faydalı olduğunu təsdiqləyir.

Çuğundur

Çuğundur istehlakı hormon balanssızlığı problemi üçün son dərəcə faydalıdır. 

 Hormonal balanssızlığın qarşısını almaq üçün mütəmadi olaraq bu qidalardan istifadə etmək lazımdır.