Halva adətən günəbaxan və ya küncüt toxumlarından, həmçinin fıstıq, badam və digər qoz-fındıq növlərindən hazırlanır ki, bu da onu çox yüksək kalorili edir. Bununla yanaşı, bu şirniyyat çox faydalı ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Kruqlova "Sputnik" radiosuna müsahibəsində danışıb.
Ən çox yayılmış halva zülal, yağ və karbohidratla zəngin olan günəbaxan halvasıdır. Tərkibində B, E qruplarının vitaminləri və minerallar - maqnezium, kalium, dəmir və sink - var.
Kruqlovanın sözlərinə görə, halva bu nutriyentlərin əsas mənbəyi sayıla bilməz, lakin əlavə olaraq istifadə oluna bilər. Düzdür, xüsusilə yaşlılar onu çox yeməməlidirlər.
Halvaya desert kimi yanaşmaq lazımdır, gündəlik istifadə miqdarı 20-30 qramdır. Yaşlı insanlar xüsusilə diqqətli olmalıdırlar: əgər fiziki aktivlik azdırsa, o zaman halvadan kökəlmək riski var.
İdmançılar üçün isə halva xüsusilə faydalıdır, çünki bu kateqoriyadan olan insanların enerjiyə ehtiyacı yüksəkdir. Buna görə də, gücü tez bir zamanda bərpa etmək lazım olduqda, halva mükəmməl seçimdir. Kruglovanın sözlərinə görə, kifayət qədər uzun müddət tox tutan halva protein batonlarını mükəmməl şəkildə əvəz edə bilər.
Diyetoloq kətan toxumu olan halvaya üstünlük verməyi məsləhət görüb.
Natəvan