Soğan insan sağlamlığına verdiyi faydaları ilə yanaşı yeməklərə dad qatan möcüzəli bir qidadır. Asanlıqla əlçatanlığı və süfrələrin vazkeçilməz qidası olan soğan səhv istehlak edildikdə vitamin dəyərlərini itirə bilirmiş.
Foodinfo.az xəbər verir ki, soğanın müxtəlif növ xərçəng riskini azaltmaq, əhval-ruhiyyəni yaxşılaşdırmaq, dəri və saç sağlamlığını qorumaq kimi mühüm faydaları var.
A, C və B vitaminləri, kükürd, yod, kalsium, dəmir, folat, maqnezium, fosfor, kalium və antioksidantlarla zəngindir.
A vitamini həm infeksiyalara qarşı toxunulmazlığı, həm də göz sağlamlığını dəstəkləyir. B vitamini isə immunitet və sinir sisteminin düzgün işləməsinə kömək edir.
Soğan tərkibindəki quercetin adlı antioksidan sayəsində yumurtalıq və kolorektal kimi xərçəng növlərinin inkişaf riskini azaltmağa kömək edir. Quercetin immun hüceyrələrdə allergik reaksiyalara səbəb olan histaminin ifrazını maneə törədir.
Soğanın tərkibindəki kükürd qan durulaşdırıcı təsirə malikdir. İnfarkt və insult riskini artıran trombositlərin yığılmasının qarşısını alır. Digər araşdırmalar soğandan olan kükürdün hipertansiyonun başlanğıcını gecikdirməyə və azaltmağa kömək etdiyini aşkar edib. Ümumiyyətlə böyük miqdarda alınan və eyni yerdə saxlanılan soğan və kartof müxtəlif qutulara və ya torbalara qoyulmalıdır. Çünki kartofun buraxdığı nəmlik soğanın cücərməsinə və çürüməsinə səbəb olur. Qurudulmuş soğanın sərin və quru yerdə saxlanması onların uzun müddət təzə istehlak edilməsini təmin edir. Yarımçıq qalan soğanları şüşə qaba qoyaraq soyuducuda saxlamaq olar. Təzə soğanı soyuducuya yaş qoymaq da edilən digər səhvlərdən biridir. İlk növbədə təravətini itirmiş yarpaqlar varsa, onları təmizləyib kağız dəsmallara büküb soyuducuda saxlamaq lazımdır. Bu şəkildə soğan daha uzun müddət təzə saxlanıla bilər.