Qışda hər mürəbbə bədənə lazımlı deyil. Nəzərə alsaq ki, mürəbbələr şəkərlə zəngindir, çox hallarda zərərlidir.
Foodinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, terapevt Yekaterina Mayorova immuniteti gücləndirən qış mürəbbələrini seçib.
“Çaytikanı, zoğal və moruq mürəbbəsi orqanizmi mövsümün aktiv infeksiyalarından qoruya bilər.
Bu mürəbbələr antibakterial təsirə də malikdir.
Moruq qrip və respirator xəstəliklərlə təbii mübarizə aparır.
O, istiliyi salır, titrəməni götürür, orqanizmi bərpa edir.
Zoğal mürəbbəsi isə təzyiqi salır, stresdən qoruyur, ürək-damar xəstələrinə faydalıdır.
Mürəbbə 5 yaşından yuxarı uşaqlara verilə bilər”.