Hər il bir çox insan infarkt səbəbindən ölür. Ürək sağlamlığını qorumaq üçün müntəzəm və balanslı bir pəhriz lazımdır. Çünki ürək xəstəlikləri və infarkt hər kəs üçün böyük risk yaradır. Ürək xəstəliklərinə səbəb olan bir çox faktor var.
Nizamsız və düzgün olmayan qidalanma infarkt riskini artırır.
Foodinfo.az Türk saytlarına istinadən oxucularına infarkt riskini artıran qidaları təqdim edir:
Bədən üçün ən vacib orqanlardan biri ürəkdir. Dünyada hər il bir çox insan infarktdan ölür. Ürək böhranı adətən döş qəfəsində sıxılma, tərləmə, nəfəs darlığı, ürək döyüntüsü kimi simptomlarla özünü göstərir. Ancaq bəzi hallarda infarkt məkrli şəkildə inkişaf edə bilər. İnfarkt riskini azaltmaq üçün sağlam və balanslı qidalanmaq lazımdır. Düzgün qidalardan istifadə etməklə infarkt riskini azaltmaq mümkündür. Müəyyən qidalardan uzaq durmaqla ürək sağlamlığınızı qoruya bilərsiniz.
Kəsmiyin ləzzətli dadına heç kim yox deyə bilməz. Lakin pendir doymuş yağın ən böyük paylayıcısıdır. Bu növ yağ mədədə özünü saxlayır və ürək-damar sistemini zədələyir. Tərkibində çoxlu duz da var. Yalnız bir stəkan kəsmik 700 milliqram duz daşıya bilər. Kəsmikdən həddindən artıq istifadə ürəyinizin sağlamlığını poza bilər.
Marqarin yeməklərə dad qatır, amma göründüyü qədər məsum deyil. Bu yeməyin az qala ürəyinizi dayandıra biləcək zərəri var. Həddindən artıq marqarin istehlakı ürək damarlarını tıxaya bilər. Bu səbəbdən marqarin istehlakını məhdudlaşdırmaq və ya ondan tamamilə imtina etmək tövsiyə olunur.
Pomidor sousu
Gündəlik həyatınızda hazır pomidor souslarından çox istifadə edirsinizsə, özünüzə ən böyük pisliyi etmiş olursunuz. Tünd qırmızı sousun bir qutusunda 830 milliqram natrium var. Konservləşdirilmiş tərəvəzlərdə olduğu kimi, alternativ olaraq "aşağı natrium" əlavə edilmiş şüşə qab souslarını seçməlisiniz. Pomidor sousları da ürək sağlamlığını poza bilər. Yeməklərinizdə təzə pomidordan istifadə etmək məsləhətdir.
Əvvəlcədən hazırlanmış və qablaşdırılmış tortları istehlak etmək çox praktik ola bilər. Lakin insanların dərk etmədikləri odur ki, dondurulmuş tortlar bazarda olan hər şeydən daha çox trans yağ ehtiva edir. Bu səbəbdən hazır tortlar ürək sağlamlığını təhdid edən qidalar sırasındadır.
Əminik ki, qəhvə içməyə heç kim yox deyə bilməz. Xoş qoxusu və dadı ilə hər kəsi ovsunlayan kofe ləzzətlə istehlak edilir. Ancaq qəhvəsini qaymaqlı içməyi sevənlər üçün təhlükə qapıdadır. Çünki qaymaqlı qəhvələrin tərkibində həddindən artıq şəkər və trans yağ var. Bu səbəbdən ürək sağlamlığına birbaşa təsir edir.
Dondurulmuş qidalarda 700 milliqram natrium var. Hazırlanması praktik və dadlı olsa da, sağlamlığa birbaşa təsir edir. Dondurulmuş qidalar da hazır qidalardır. Bu səbəbdən istehlak edilməsi tövsiyə edilmir. Ürək sağlamlığınızı qorumaq üçün hər bir qidanı təzə istehlak etməyiniz tövsiyə olunur.
Şəbnəm